Norveçdə son 34 ildə rekord inflyasiya

Norveçdə son 34 ildə rekord inflyasiya

Norveçdə mal və xidmətlərin qiymətləri son 12 ayda orta hesabla 6,3% artıb ki, bu isə 1988-ci ildən bəri ən yüksək göstəricidir.

AzerTimes xəbər verir ki, bu barədə Norveç Krallığının Mərkəzi Statistika Bürosu məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Norveç Mərkəzi Bankı əsas uçot dərəcəsini iki dəfə artırıb (1,25%-ə qədər). Ötən ay isə krallıqda A-95 markalı benzinin bir litrinin qiyməti tarixdə ilk dəfə 27 kron (təxminən 2,97 dollar) təşkil edib.

Teqlər: