Xaçmazda iti asaraq öldürən 86 yaşlı kişi məsuliyyətə cəlb olunub – FOTO

Xəbər - Fərid Zöhrabov – Trend:

Xaçmazda rayonunda itə rəhmsiz davranaraq onu tələf edən şəxs
müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin
İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad
Hacıyev məlumat yayıb.

O bildirib ki, baş verən hadisə ilə bağlı Xaçmaz Rayon Polis
Şöbəsində araşdırma aparılıb.


Rayonun Gödəkli kənd sakini 86 yaşlı şəxs barəsində İnzibati
Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz
davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz
manat məbləğində cərimə edilir) inzibati protokol tərtib
edilib.

Twitter:@FaridZohrabov

Teqlər: