İspaniya Kubokunun ikinci finalçısı da bəlli olub

Futbol üzrə İspaniya Kubokunun ikinci yarımfinalında “Betis” öz
meydanın “Rayo Valyekano” ilə 1:1 hesablı heç-heçə edib.

AzerTimes-ın məlumatına görə, birinci oyunda səfərdə 2:1 hesablı
qələbə qazanan “Betis” ümumi hesaba (3:2) görə finala yüksəlib.

Qeyd edək ki, finalda “Betis” “Valensiya” ilə qarşılaşacaq. Oyun
aprelin 23-ü Sevilyada keçiriləcək.

Xatırladaq ki, “Valensiya” iki oyunun yekunları üzrə (1:1 və
1:0) “Atletik” klubunu məğlub edərək finala yüksəlmişdi.

Teqlər: