Xəbər - Fərid Zöhrabov – Trend:
Xaçmazda rayonunda itə rəhmsiz davranaraq onu tələf edən şəxs
müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin
İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad
Hacıyev məlumat yayıb.
O bildirib ki, baş verən hadisə ilə bağlı Xaçmaz Rayon Polis
Şöbəsində araşdırma aparılıb.
Rayonun Gödəkli kənd sakini 86 yaşlı şəxs barəsində İnzibati
Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz
davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz
manat məbləğində cərimə edilir) inzibati protokol tərtib
edilib.
Twitter:@FaridZohrabov