Xaçmazda avtomobil piyadanı vurub öldürdü

Xaçmazda avtomobil piyadanı vurub öldürdü

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

AzerTimes xəbər verir ki, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən VAZ-2108 markalı minik avtomobili onu vurub.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: