Dünyada Saakaşvili üçün aksiyalar keçirilir

Dünyada Saakaşvili üçün aksiyalar keçirilir

Gürcüstanın bir neçə şəhəri və xarici ölkələrdə həbsdə olan keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyaları keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

Aksiya iştirakçıları Saakaşvilinin xarici ölkələrin birində müalicəsinin təmin olunmasını tələb ediblər.

“Aksiyalar “SaveMisha” şüarı altında Gürcüstanın Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Grankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Bern, Sofiya, Barselona, Afina, Təl-Əviv, Kiyev və Kişinyovdakı səfirlik və konsulluqlarının qarşısında keçirilib. Gürcüstanın Batumi, Kutaisi, Rustavi, Qori, Zuqdidi, Çorvilivə Ureki şəhərlərində də etiraz aksiyaları təşkil olunub”, – məlumatda qeyd olunub.

Teqlər: