Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların müraciət və təklifləri dinlənilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti
dəfə vətəndaş qəbulu keçirib. Fərdi qaydada keçirilən qəbulda
əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

AzerTimes-ın məlumatına görə,
müraciətlər işlə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi,
eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara
yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.

Teqlər: