Xaçatryan məhkəmədə İbrahimi tanıdı – Video

Xaçatryan məhkəmədə İbrahimi tanıdı – Video

Xəbər verdiyimiz kimi, 22 dekabr 1991-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi bu gün davam edib.

AzerTimes xəbər verir ki, məhkəmə prosesi zamanı İbrahim Nurməmmədov ilə Xaçatryan arasında dialoq yaşanıb. Belə ki, Nurməmmədov Xaçatryandan onu tanıyıb-tanımadığını soruşub, terrorçu isə onu tanıyıb və adını deyib.

Qeyd edək ki, Meşəli soyqırımı zamanı İbrahim Nurməmmədovun ailəsindən 9 nəfər erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Baku TV-nin bununla bağlı hazırladığı reportajı sizə təqdim edirik:

Teqlər: