601-ci gün: Rusiyanın itkiləri açıqlandı

601-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 601-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 289 430 hərbçi, 4979 ədəd tank, 9405 ədəd zirehli döyüş maşını, 6936 ədəd artilleriya sistemi, 814 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 547 hava hücumundan müdafiə sistemi, 318 ədəd hərbi təyyarə, 317 ədəd helikopter, 9293 ədəd avtomobil texnikası, 5291 ədəd PUA, 1533 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 982 xüsusi avadanlıq itirib.

Teqlər: