Xaçatryan: Bütün dünya İrəvana tərs baxır

Xaçatryan: Bütün dünya İrəvana tərs baxır

Avropada Ermənistana tərs baxmağa başlayıblar. Və bu, təkcə Avropada deyil, həm də İranda, Rusiyada və ABŞ-da da hiss olunur.

AzerTimes xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryan deyib.

“Ermənistanla Rusiya arasında münasibətlər heç vaxt bu qədər gərgin olmayıb. Hətta indiki hakimiyyət də bu faktı gizlətmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatı isə bunun əyani təsdiqidir. KTMT ilə problemlərin yarandığını və Rusiya ilə münasibətlərin isə əla olmasına dair illüziya yaratmağa ehtiyac yoxdur”, – o bildirib.

Xaçatryanın fikrincə, ABŞ Dövlət Departamentinin Ermənistandakı korrupsiyanın investisiyalara mane olması ilə bağlı açıqlamaları da təsadüfi deyil.

Teqlər: