“Whatsapp”ın bu funksiyası dəyişib

“WhatsApp” messencərində qrup çatlarından çıxmaqla bağlı
funksiyalardan birini dəyişiləcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə istifadəçilərə “WABetaInfo” portalının
ekspertləri bildiriblər.

Məlumata əsasən, “WhatsApp”ın kompüterlər üçün 2.2218.1 saylı
beta versiyasında indi qrup söhbətlərini səssizcə tərk etmək imkanı
var. Yalnız adminlər istifadəçinin söhbəti tərk etməsi barədə
bildiriş alır. Hazırda isə istifadəçi qrup söhbətini tərk edərsə,
onun bütün iştirakçıları bunu görə bilir.