Çavuşoğlu və Blinken Nyu Yorkda görüş keçirəcəklər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət
katibi Entoni Blinken mayın 18-də Nyu-Yorkda Strateji Dialoq
Mexanizmi çərçivəsində Ankara-Vaşinqtonun ilk nazirlər toplantısı
çərçivəsində görüşəcək.

AzerTimes-ın
məlumatına görə, bu mexanizm fikir ayrılıqlarının aradan
qaldırılması və əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə
işə salınıb.

Çavuşoğlu və Blinken Strateji Dialoq Mexanizmi çərçivəsində
iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivlərini, terrorla
mübarizə, müdafiə sektorunda tərəfdaşlığı müzakirə edəcək, regional
gündəliyin əsas aspektləri ətrafında fikir mübadiləsi
aparacaqlar.

Tərəflər danışıqlar yolunun effektivliyini maksimum dərəcədə
artırmağa yönəlib.

Vaşinqtonla Ankara arasında əsas fikir ayrılığı ABŞ-ın YPG
terrorçularına (PKK terrorçularının Suriya qanadı) verdiyi dəstəklə
bağlıdır. ABŞ-ın Suriyadakı terror təşkilatları ilə əməkdaşlığı
Türkiyə ilə münasibətləri ciddi şəkildə soyudub.

Teqlər: