“WhatsApp”-ın yeni versiyasında dizayn yenilənməsi baş verib

“WhatsApp” tərtibatçı komandası özündə “Status” ların
yaradılması menyusunda bəzi qrafik dəyişiklikləri ehtiva edən
yeniləmə buraxı.

Trend xəbər
verir ki, bu barədə WABetaInfo portalı yazır.

Bildirilir ki, proqramın 2.22.11.13 nömrəli son versiyasında
“Statuslar” dərc edilərkən smayliklər, mətn, şrift və mətn fonunun
əlavə edilməsi düymələri ekranın yuxarı sağ küncünə köçürülüb. Daha
əvvəl bu bu funksiyalar aşağı sol küncdə yerləşdirilirdi.

Bundan əlavə, “statuslar”-ın yaradılması menyusuna sürətli
məxfilik parametrləri əlavə edilib. İndi istifadəçilər
yerləşdirilən “status”ları kimin görə biləcəyini seçə bilərlər.

“WhatsApp”ın 2.22.11.12 versiyası artıq “Android” əməliyyat
sistemi ilə işləyən smartfonlarda messencerin beta-testçiləri üçün
əlçatandır. Hazırda messencerin stabil versiyasında yenilənmiş
menyunun görünmə vaxtı barədə məlumat yoxdur.

Teqlər: