ABŞ-da son 50 illin ən pis enerji böhranı müşahidə olunur

ABŞ son 50 illin ən ağır energetik böhranını yaşayır.

Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Neft-qaz
Assosiasiyasının prezidenti Tim Stüart bildirib.

“Biz son 50 ilin ən böyük, bəlkə də ən pis enerji böhranını
yaşayırıq. Benzin və dizelin qiymətləri rekord həddə çatıb,
ehtiyatlar isə minimal səviyyədədir”, – o, Fox News-a deyib.

Stüart qeyd edib ki, ABŞ-ın hazırki hakimiyyət orqanları nəinki
lazımi tədbirlər görmür, hətta enerji böhranını həll etmək
istəyənlərə də müdaxilə edir.

“Bu administrasiyanın yaranmış vəziyyətdən çıxmağımıza kömək
edəcək heç bir strategiyası yoxdur və açığını desəm, onların bütün
hərəkətləri problemi həll etməyə çalışanlar üçün əks-məhsuldardır”
– T.Stüart qeyd edib.

Teqlər: