Vuçiç: Bir ildən çoxdur ki, Putinlə əlaqə saxlamıram

Vuçiç: Bir ildən çoxdur ki, Putinlə əlaqə saxlamıram

Rusiyalı həmkarım Vladimir Putinlə bir ildən artıqdır ki, əlaqə saxlamıram.

AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Bir ildən çoxdur ki, Putinlə danışmıram. Amma onu görməyə gedən və ya onunla danışan bir çox AB lideri gördüm. Düşünürəm ki, kimsə ilə danışmaq pis deyil. Amma mən bunu etmirəm, çünki hamı deyərdi: “Serblərə bax. Bizə nəyi qadağan etmək istəyirlərsə, özlərinə onu icazə verirlər”, – o bildirib.

Vuçiç Putin və Ukrayna Prezidenti Zelenskini ən qısa zamanda eyni masa arxasında görmək istədiyini bildirib:

“Hər ikisi ortaq məxrəc tapmalıdır. Hər iki tərəfdən güzəştə ehtiyac var. Əks halda başqa münaqişələrimiz olacaq. Ən qısa zamanda ortaq məxrəc tapılmalıdır, bu, bəşəriyyət, bütün dünya üçün daha yaxşı olar”.

Teqlər: