Qaribaşvili: İrəvanla Bakı arasında sülh danışıqları…

Qaribaşvili: İrəvanla Bakı arasında sülh danışıqları…

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə deyib.

O bildirib ki, sülh danışıqları bütün Cənubi Qafqazın maraqlarına cavab verir:

“Hesab edirəm ki, Gürcüstan regionumuzda sabitliyi və sülhü möhkəmləndirmək üçün neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”.

Teqlər: