Volqa-Xəzər kanalında iki gəmi saya oturdu

Volqa-Xəzər kanalında iki gəmi saya oturdu

Volqa-Xəzər kanalının dəniz hissəsində iki gəmi saya oturub.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bir gəminin gövdəsi zədələnib. Hadisə ötən gün kanalın 170-ci km-də baş verib.

“1500 ton duz və 6 yük maşını daşıyan “Nazmehr” və yüksüz olan “Tiam” gəmisi saya oturub. Birinci gəminin gövdəsi zədələnib. Onun aşması təhlükəsi, eləcə də kanalda naviqasiya üçün təhlükə yoxdur”, – məlumatda bildirilib.

Fövqəladə Hallar Nazirliyi xəsarət alanların olmadığını vurğulayıb.

Teqlər: