“Mançester Yunayted” Liqa Kubokunun qalibi oldu

“Mançester Yunayted” Liqa Kubokunun qalibi oldu

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi olub.

AzerTimes xəbəri verir ki, “Uembli” stadionunda baş tutan turnirin final matçında “qırmızı şeytanlar” “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.

Qaliblərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Reşford (39) fərqlənib.

Qeyd edək ki, daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə turnirin qalibi olan “Mançester Yunayted” altıncı dəfə kuboku qazanıb. Bu göstəricidə lider “Liverpul”dur (9 qələbə), ikinci isə “Mançester Siti”dir (8). İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir.

Teqlər: