Vladimir Putin ilə Aleksandr Lukaşenko Soçidə görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Belarusiyalı həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildrib.

Məlumata əsasən, liderlər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin aktual məsələlərini və iki dövlətin birgə layihələrini müzakirə edəcəklər:


“Gündəlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinin aktula məsələləri, habelə Birlik Dövləti daxilində inteqrasiyanın təşviqinin mövzusu durur”.