ABŞ-ın Florida ştatı sahillərində qayıq aşıb, 2 nəfər ölüb

ABŞ-ın Florida-Kis (Florida ştatı) arxipelaqı sahillərində qayığın aşması nəticəsində ən azı iki nəfər öldü, 10 nəfər itkin düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Associated Press agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Sahil mühafizəsinin işçiləri hadisəyə saat 13:00 radələrində reaksiya göstəriblər. Səkkiz nəfəri xilas edilib, ikisi isə ölüb tapılıb.