Vilyam Hacıyevin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə vəkil vəsatət qaldırıb. Bildirib ki, şahidlər
Vilyam Hacıyevlə bağlı ifadə verməkdən yayındığı üçün prosesə
gəlmir. Ona görədə, şahidlərin məcburi gətirilməsi barədə qərardad
qəbul edilsin.

Hakim bildirib ki, növbəti dəfə şahidlər prosesə gəlməsə,
onların məcburi gətirilməsi ilə bağlı qərar veriləcək.

Proses martın 18-də davam edəcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: