Azərbaycanla Türkiyə arasında “Yaşıl Kart” sisteminin inteqrasiyası sərhəddən keçidi sadələşdirəcək

Azərbaycanla Türkiyə arasında “Yaşıl Kart” nəqliyyat
vasitələrinin mülki məsuliyyət sığortası sisteminin inteqrasiyası
sərhəd məntəqələrindən keçid prosedurunu sadələşdirəcək və
sürətləndirəcək.

Trend-in
məlumatına görə, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru
Rəşad Əhmədov “Yaşıl Kart” nəqliyyat vasitələrinin mülki məsuliyyət
sığortası sisteminin inteqrasiyası barədə protokolun imzalanması
mərasimində deyib.

Onun sözlərinə görə, “Yaşıl Kart” sistemi Azərbaycanda 2016-cı
ildən fəaliyyət göstərir.

“Onun üstünlüyü sürücünün mülki məsuliyyətinin ölkə xaricində
sığorta olunmasıdır. “Yaşıl Kart” sistemi ilə yük və minik
avtomobillərini, avtobusları, motosikletləri qeydiyyata almaq olar.
Bu layihənin üzv ölkələrində sığorta hallarının dinamikası müxtəlif
istiqamətlidir”, – deyə o bildirib.

İcraçı direktor qeyd edib ki, Azərbaycanla Türkiyə arasında “Yaşıl Kart” sisteminin inteqrasiyası sərhəd məntəqələrinin keçidi
prosedurunu sadələşdirəcək və sürətləndirəcək, eləcə də saxta
sənədlərin istifadəsinin qarşısının alınmasına xidmət edəcək.

O əlavə edib ki, sistemin inteqrasiyasından sonra “Yaşıl Kart”
sığorta polislərinin satışı və əldə olunması prosedurur
sadələşdiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)