Vilyam Hacıyevin adından məndən 10 min 800 manat aldılar – Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Feyzi Məmmədov bildirib ki, işlədiyi
müddətdə maliyyə şöbəsinin müdiri Rəhim Rəhimova rüşvət verib.

“İşlədiyim müddətdə 10 min 800 manat rüşvət vermişəm. Mənə
deyirdi ki, başçı istəyir, onun tapşırığıdır. Mən özüm
işıqlandırmada işləyirdim. 2014-cü ilin yanvar ayında İşıqlandırma
idarəsi yaranıb. Əvvəl mən mühasib, sonra rəis oldum. Hər dəfə
çağırırdı ki, başçı deyir tədbirə görə pul ver. Ayrı-ayrı vaxtlarda
müəyyən məbləğdə pul istəyirdi, deyirdi rəhbərin tapşırığıdır” –
deyə şahid bildirib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: