Vətəndaş vəfat etmiş ailə başçısına görə pensiya almaq hüququna malikdir – Fond

Xəbər - Humay Ağacanova – Trend:

Vətəndaş vəfat etmiş ailə başçısına görə pensiya almaq hüququna
malikdir.


Trend
-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun
Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

Onun sözlərinə görə, sözügedən pensiyanı almaq üçün bir sıra
şərtlər mövcuddur.

“Məsələn onun həyat yoldaşı əmək qabiliyyətsiz olmalıdır ki,
vəfat etmiş ailə üzvünə görə pensiya əldə etsin. Əmək qabiliyyəti
olmaması dedikdə, əlillik dərəcəsi (1-ci və 2-ci qrup) və ya
qanunvericilikdə göstərilən pensiya yaşına çatması nəzərdə tutulur.
Əgər şəxs vəfat etdikdə onun ailə üzvlərinin hələ pensiya almaq
hüququ olmasa, həmin kapital gələcəkdə ailə üzvlərinin hüquqlarının
yaranması dövrünə qədər bütün indekslər nəzərə alınmaqla
indeksləşdirilir”, – deyə o qeyd edib.

Teqlər: