Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırılıb (FOTO)

İkinci Qarabağ müharibəsindəki tarixi qələbə unudulmaz
şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş
meydanında qazanılıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid
olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin
ehtiramla diqqət və qayğı göstərir. Hərbi qulluqçuların və şəhid
ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması
daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə
geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli
dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarakter
daşımaqdadır.

Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar
ittifaqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman
dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına
xüsusi qayğı ilə yanaşır.

Məlumat verildiyi kimi, mayın 11-də AHİK-də 2021-ci il üçün
“İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş
nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər
istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi
təqdim olunub. Həmin gənclərin arasında 44 günlük Vətən
müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla
təltif edilmiş qazi və veteran oğullarımız da var.

Mükafatlandırılan Vətən müharibəsi qaziləri və
iştirakçıları aşağıdakılardır:

İkinci Qarabağ müharibəsi iştirakçısı, hava gəmisinin II pilotu
Əlili Əzim Vəli oğlu

“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş
rəngsaz Fərmanov Elməddin Namiq oğlu

Vətən müharibəsi iştirakçısı, böyük usta Piriyev
Şəhriyar Məcnun oğlu

Cəbrayıl və Zəngilan rayonlarında gedən döyüşlərdə vəzifə
borcunu layiqincə yerinə yetirdiyinə görə medallarla və “Fəxri
Fərman” ilə təltif olunmuş 2-ci dərəcəli cilalayıcı Rəhimli
Murad Müzəffər oğlu

“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş
həkim İsmayılov Eldar Mehman oğlu

Füzulinin, Xocəvəndin, Qubadlının, Şuşanının azad olunmasına
görə medalları ilə təltif olunmuş fiziki tərbiyə müəllimi
Həsənov Elgün Ələsgər oğlu

Vətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini
Bəhramlı Faris İbrahim oğlu

Vətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini
Səfərov Ağa Sərdar oğlu

Vətən müharibəsi iştirakçısı müəllim Qasımov Əziz Vəzir
oğlu

“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına
görə” medalları ilə təltif edilmiş informatika müəllimi
Səlimov Elvin Zahid oğlu

II Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad
olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə
təltif olunmuş proqramçı Babayev Təhmin İntiqam
oğlu

II Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad
olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş elektrik
montyoru Xankişiyev Elnur Əlağa oğlu

Teqlər: