Verilişə getmək üçün evdən çıxan 82 yaşlı qadın itkin düşüb

Tovuzda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, Tovuz rayon Hunanlar kənd sakini, 1940-cı il
təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq
Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri
qayıtmayıb.

Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında
görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ
rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy
rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı
olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin
022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq
məlumat vermələri xahiş olunur.

Teqlər: