Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iştirak edir

Mayın 22-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə
Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında
Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının açılış
mərasimi keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə Azərbaycan
Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq
etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru
Hans Henri P.Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında
ikitərəfli görüş keçirilib. Azərbaycan Respublikasının Cenevrə
şəhərində BMT Bölməsi və Digər Beynəlxalq Təşkilatlar yanında daimi
nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Qalib İsrafilovun da
iştirak etdiyi görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx
əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri
müzakirə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının yubiley
sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar
iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə
ikitərəfli görüşlər və digər işçi tədbirlərin keçirilməsi
planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası may ayının
28-də yekunlaşacaq.

Teqlər: