Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb

Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb

Dövlət Vergi Xidmətindən AzerTimes-a verilən məlumata görə, 2022-ci
ilin I rübündə vergi orqanlarına 64.405 müraciət daxil olub ki, bu
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% azdır. Daxil olmuş
müraciətlərdən 90,5%-i ərizə, 9,4%-i şikayət, 0.1%-i təklif olub.
46 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Yanvar-mart ayları ərzində baxılmış müraciətlərdən 68,3%-i tam
və ya qismən həll olunub, 28,7%-i barədə müvafiq izahat verilib,
qalanları barədə qanunvericiliyə uyğun qaydada qərarlar qəbul
edilib.

2022-ci ilin I rübü ərzində Dövlət Vergi Xidmətinin Aparatında
ümumilikdə 81 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı
vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşılıb, onların
qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb,
həll edilməsi mümkün olmayan məsələlərlə bağlı qanunamüvafiq
izahatlar verilib.

Teqlər: