Venesuela yaxın zamanda COVAX mexanizmi vasitəsilə 6 milyon peyvənd alacaq

Venesuela beynəlxalq COVAX mexanizmi vasitəsilə yaxın zamanda koronavirusa qarşı 6 milyon dozadan çox peyvənd alacaq.

AzerTimes-ın məlumaıtna görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduronun mətbuat xidmətinin “Twitter” səhifəsində deyilir.

Məlumatda bildirilir: “6 milyon 200 min peyvənd tezliklə COVID-19-a qarşı Peyvəndlərin əlçatanlağının təmin edilməsi üzrə qlobal mexanizm (COVAX) vasitəsilə Venesuelaya gətiriləcək”.