Tokio Olimpiadasında koronavirusa daha 17 yoluxma halı qeydə alınıb

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 17 nəfərdə koronavirus aşkarlanıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Tokio-2020″nin təşkilat Komitəsinin Saytında deyilir.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 281 nəfərə çatıb.


Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları avqustun 8-i başa çatacaq.