Vəkillik üçün müraciət edənlərin sayı artır – Kollegiya sədri

Azərbaycanda vəkillərin rastlaşdığı problemlərin həlli ilə bağlı
tədbirlər görülür.

AzerTimes-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının İdarə
Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, bu gün Azərbaycanda gənclərin vəkilliyə cəlb
edilməsi ilə bağlı məsələ həllini tapıb.

“Biz demirik ki, bizdə hər şey idealdır, amma biz bu problemləri
bilirik və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin
vəkilliyə üz tutmaması idi. Biz bu gün bu problemi həll etmişik
deyə bilərik.

Vəkillik üçün müraciət edənlərin sayı artır. Buna da səbəb
qanunların aliliyi və vəkillərin fəaliyyətinə verilən dəstək,
qayğıdır. Bu gün başqa ölkələrdə Azərbaycanda vəkillərin fəaliyyəti
və yaradılan tədris mərkəzləri nümunə olaraq götürülür”,- A.Bağırov
deyib.

Kollegiya sədri bildirib ki, vaxtilə vəkillər bölgələrdə
əməkhaqqı ala bilməməkdən şikayət ediblər: “Mən yeni təyin ediləndə
rayonlardan vəkillər mənə zəng edirdilər ki, pul ala bilmirik. Amma
mən bu məsələni prioritet məsələ kimi qarşıya qoydum və həll etdim.
Bu gün heç bir vəkil bu cür söhbətlər etmir. Bu gün monitorinqlər
aparırıq, vəkillərin problemləri ilə maraqlanırıq və onların müsbət
fəaliyyətini dəstəkləyirik. Bizə əsas vacib olan odur ki, vəkillər
vətəndaşların hüquqlarını müdafiə etsinlər. Bu gün bu sahədə
korrupsiya tamamilə aradan qaldırılıb”.

Teqlər: