İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Əmək və məşğulluq” mövzusunda görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində
(İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm
mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin
(ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli
Məclisin Komitə sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirinin müavini Anar Əliyev, KOBİA-nın İdarə Heyətinin
sədri Orxan Məmmədov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa
Abbasbəyli çıxış ediblər. Natiqlər “Əmək və Məşğulluq” altsistemi
istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə
səbəb olacağı vurğulanıb. Bildirilib ki, yeni altsistemin tətbiqi
əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaqdır və
ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırır. Belə
ki, sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız
üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna
keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər
əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur.
Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv
məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının, “Paşa
Holding” MMC-in, Azərbaycan Mikromaliyyə Assosiasiyasının,
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-in, Auditorlar
Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan-Fransa
Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye Korporasiyasının,
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İB-in,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və Azərbaycan Türkiyə İş
Adamları Birliyinin nümayəndələri iştirak edib. Müzakirələr zamanı
sahibkar təşkilatlarının nümayəndələrini maraqlandıran suallar
cavablandırılıb.

Teqlər: