Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı 28 May
tarixini Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə
imzalayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzerTimes-a verilən məlumata
görə, bəyannamədə bildirilir ki, Azıərbaycan müsəlman dünyasında
birinci, dünyada isə bir neçə ilk dövlətdən biridir ki, qadınlara
seçki hüququ verib.

Qeyd olunur ki, dünyada 50 milyon Azərbaycanlı yaşayır və ABŞ-da
700 minlik Azərbaycan icması var.

Eyni zamanda qeyd edilir ki, bu il Azərbaycanın müstəqilliyinin
bərpasından və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin
qurulmasından 31 il keçir.

“Azərbaycan səfirliyi və icmasının şəhərimizə etdiyi yardımları
qiymətləndirir və zəngin mədəniyyətlərini və irslərini bizimlə
paylaşdıqları üçün təşəkkür edirik” , -deyə bəyannamədə
vurğulanır.

Teqlər: