Tələbə krediti üçün müraciətlərin qəbulu bu gün yekunlaşır

31 may saat 00:00-da yaz semestri üçün təhsil tələbə krediti
əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa
çatacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yaz semestri
üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada
təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə
www.e-ttkf.edu.az müraciət edə bilərlər.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı
müraciətlər üçün də keçərlidir.

Teqlər: