Vasilkov şəhəri uğrunda döyüşlər Ukraynanın qələbəsi ilə başa çatıb – Şəhər meri

Kiyev vilayətinin Vasilkov şəhəri uğrunda bütün gecə davam edən
döyüşlər Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb.

Trend-in
məlumatına görə, bunu şəhərin meri Natalya Balasinoviç
bildirib.

O qeyd edib ki, hazırda döyüşlər səngiyib, şəhər ərazisində
sakitlik müşahidə olunur.


Döyüşlər nəticəsində ölən və yaralananların sayı
açıqlanmayıb.