ABŞ prezidenti Ukraynaya təcili hərbi yardımın göstərilməsi barədə memorandum imzalayıb

ABŞ prezidenti Co Bayden Ukraynaya təcili hərbi yardımın
göstərilməsi barədə memorandum imzalayıb.

Trend-in
məlumatına görə, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.

Memorandum dövlət katibi Entoni Blinkenə Ukraynaya hərbi
yardımın göstərilməsi ilə bağlı səlahiyyətlər verir.


Qeyd olunur ki, dərc olunan sənəd Müdafiə Nazirliyinin
xidmətləri, eləcə də hərbi təlim və hazırlıq xərcləri üçün əlavə
350 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev administrasiyası Ukrayna
və digər ölkələrə, eləcə də Pentaqonun ehtiyacları ilə bağlı
Konqresə əlavə 6,4 milyard dollar vəsaitin ayrılması üçün müraciət
etmişdi.