“Vaqner”in təxribatı gözlənilir – Polşa

“Vaqner”in təxribatı gözlənilir – Polşa

Rusiyada silahlı qiyama cəhddən sonra Belarus ərazisinə köçən “Vaqner” muzdlularının təxribatlar törədəcəyi istisna deyil.

AzerTimes xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşak deyib.

“Amma biz “Vaqner” qrupunun təxribatlarının öhdəsindən gələ bilərik”, – Blaşak bildirib.

Onun sözlərinə görə, təxribatlarla bağlı Polşa Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin iclasında daxili işlər və administrasiya nazirinə, eləcə də milli müdafiə nazirinə tabe olan qurumlara əmrlər verilib.

Teqlər: