Fransa hipersəs təyyarəsini sınaqdan keçirdi

Fransa hipersəs təyyarəsini sınaqdan keçirdi

Fransa “VMaX” hipersəs təyyarəsinin prototipinin sınaqdan keçirildiyini elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın Silahlanma üzrə Baş İdarəsi (DGA) məlumat yayıb.

Məlumata görə, bu, ilk prototip özündə bir çox texnoloji yenilikləri ehtiva edir. Fransa Silahlı Qüvvələri sınaqların uğurlu olub-olmaması barədə məlumat verməyib.

Qeyd edək ki, “VMaX”nın texniki parametrləri və sınaq təfərrüatı haqqında da məlumat verilmir. “VMaX” hipersəs təyyarələrinin inkişafı proqramı 2019-cu ildə başlayıb. İlkin olaraq prototipin uçuş sınaqları 2021-ci ilə nəzərdə tutulmuşdu, lakin texniki və büdcə problemlərinə görə ilk uçuş bu ilin əvvəlinə təxirə salınmışdı.

Teqlər: