Vanuatu sahillərində 6,2 bal gücündə zəlzələ olub

Vanuatu sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi xəbər görə,
yeraltı təkanların episentri Port-Vila şəhərindən 222 kilometr
şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami
təhlükəsi barədə məlumat verilməyib.