Fransada bu gün prezident seçkiləri keçiriləcək

Fransada bu gün prezident seçkilərinin birinci turu
keçiriləcək.

AzerTimes-ın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutuna
istinadən verdiyi məlumata görə, seçici siyahılarında 48 milyondan
çox fransız qeydə alınıb.

Birinci turda ölkənin ən yüksək dövlət vəzifəsinə on iki
namizəddən ikisi müəyyən ediləcək, onlar iki həftədən sonra –
aprelin 24-də ikinci turda mübarizəni davam etdirəcəklər.

Seçki məntəqələrinin qapıları Paris vaxtı ilə saat 08:00-da
(Bakı vaxtı ilə saat 10:00) açılacaq.