Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ olub

Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Port-Vil
şəhərindən 70 kilometr şimal-qərbdə, ocağı isə 30 kilometr
dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami
təhlükəsi barədə məlumat verilməyib.