BMT Mariupoldan vətəndaşların təxliyəsi üzrə üçüncü əməliyyata başlayıb

Mariupoldan mülki əhalinin təxliyəsi üzrə BMT-nin himayəsi
altında üçüncü əməliyyat başlayıb.

Trend xəbər verir ki, bu barədə BMT-nin baş katibinin humanitar
məsələlər üzrə müavini Martin Qriffits deyib.

“Mülki əhalinin təxliyəsi üzrə üçüncü əməliyyat bu gün səhər
saatlarında başlayıb”, – deyə o bildirib.

M.Qriffits həmçinin Rusiya və Ukrayna hakimiyyətinə “təxliyə
əməliyyatının reallaşması üçün konstruktiv və mühüm əməkdaşlığa”
görə təşəkkür edib.