Vaksin yoluxma zəncirini qırmağın yeganə yoludur – Həkim

Xəbər - Humay Ağacanova – Trend:

Koronavirusa yoluxanlarda daha çox öskürək və yüksək hərarət müşahidə olunur. Bədən hərarəti 39 dərəcəyə qədər yüksələ bilər. Həm koronavirusda, həm də influenza qripində bu əlamətlər görünə bilər. Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur.

AzerTimes-ın məlumatına görə, bunu həkim-infeksionist Vüsalə Yaşar “Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yoluxma sayı yüksək olsa da, xəstəxanalarda aktiv xəstələrin sayı azdır.

“Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur. “Omikron” ştammı yüngül keçirilsə də, yoluxuduruculuq qabiliyyəti yüksəkdir. Bu xəstəliyin yüngül keçirilməsinin də səbəbi peyvəndlənmədir”, – deyə o qeyd edib.

Teqlər: