Forum çərçivəsində gənclər yüksək nailiyyətlərinə görə mükafatlandırılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu davam edir. Forum çərçivəsində bir sıra gənclər yüksək nailiyyətlərinə görə mükafatlandırılıb.

AzerTimes-ın məlumatına görə, mükafatlananlar incəsənət, memarlıq, ədəbiyyat, elm, təhsil sahəsində fərqlənən gənclərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibələ Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Teqlər: