Azərbaycanın yeni gənclər paytaxtı elan olunub

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın yeni gənclər paytaxtı elan edilib.

AzerTimes-ın məlumatıma görə, bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycanın Gənclər Paytaxtı seçilib.

Püşkatma ölkənin 5 şəhəri arasında keçirilib və nəticədə 2022-ci il üçün Tovuz Azərbaycanın Gənclər Paytaxtı elan edilib.


Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur.

Teqlər: