ÜST koronavirusun kəskin yoluxucu ştamının yayılması barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirus
infeksiyasının kəskin yoluxucu XE ştamının yayılması barədə
xəbərdarlıq edib.

Trend xəbər verir ki, ilkin tədqiqatların nəticələri “XE”-nin
yoluxuculuğunun BA.2 ilə müqayisədə 10 faiz yüksək ola bildiyi üzə
çıxıb.

Lakin alimlər bu iddianın əlavə təsdiqə ehtiyacı olduöunu
vurğulayırlar.

ÜST həmçinin qeyd edib ki, təşkilat koronavirusun digər ştamları
ilə birlikdə rekombinant variantlarla əlaqəli ictimai sağlamlıq
riskini yaxından izləməyə və qiymətləndirməyə davam edir.

Teqlər: