Uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin işlənməsinə diqqət göstərilməlidir – UNICEF (FOTO)

Hər bir uşağın müdafiə olunmaq, qayğı görmək hüququ var. Onlar
zorakılıq, istismar kimi hallardan qorunmalıdırlar.

AzerTimes-ın məlumatına görə, bunu UNICEF-in Azərbaycandakı
nümayəndəsi Aleks Haykens deyib.

O bildirib ki, uşaqlar ailə münaqişələri zamanı müdafiəsiz
qalırlar.

“Onların ailə üzvləri ilə münasibətlərinin qırılması zamanı bu
kimi hallar yaşanır. UNİCEF uşaqların hüquqlarının pozulmasının
qarşısını almağa çalışır. Hər bir uşağın hüququnun qorunması üçün
əlimizdən gələni edirik. Sektorlararası münasibətlərin
yaxşılaşdırılması üçün UNİCEF Azərbaycanda aidiyyəti qurumlarla sıx
əməkdaşlıq edir. Bu istiqamətdə müxtəlif layihələrin işlənməsinə
diqqət göstərilməlidir”,- A.Haykens bildirib.

Teqlər: