İşğaldan azad olunmuş ərazilərdə bu günə qədər neçə abidə aşkarlanıb? – AÇIQLAMA

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan
Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının
7.8-ci bəndinin icrası üçün Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam
edilmiş və mədərıiyyət obyektlərinin (abidələrinin və
müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı
vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət
qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış
keçirilib.

Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında
olmayan, tarixi, memarlıq arxeoloji əlamət daşıyan 162 obyektin
(yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətindən məlumat veriblər.

Həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatına
alınmış 185 tarix-mədəniyyət abidesinin dağıntıya məruz qaldığı
müəyyən edilmişdir ki, onlardan 51-i tamamilə məhv edilmiş, 134-ü
isə dağıdılmış, qalıqları qalmışdır.

Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət
müəssisəsi aşkar edilmişdir ki, onlardan 462-si kitabxana, 348-i
klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i
kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Bu müəssisələrdən 20-si ilkin monitorinq nəticəsində aşkar
edilmiş, lakin nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin hamısı
demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Qeyd edək ki, statistik məlumatlar aparılan son monitorinqə
uygun olaraq təqdim olunur. Hazırda monitorinq davam etdirilir.

Teqlər: