Uşaqlar arasında virusa yoluxmanın qarşısı necə alına bilər?

Son vaxtlar uşaqlar arasında özünü yüksək hərarət, qusma, ishal
simptomları ilə göstərən xəstəlik yayılıb. Bu daha çox 6 yaşa qədər
uşaqlarda müşahidə olunur.

Bu barədə
Trend
-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar
İsmayılovun sözlərinə görə, hal-hazırda uşaqlarda görülən
Adeno-Rota infeksiyasının əsas simptomları qusma, ishal və yüksək
hərarətdir.

“Uşaqların bu cür tez-tez xəstələnməyinin səbəbi pandemiyada
qapalı məkanda olmaları və immun sistemlerinin zəifləməsidir. İmmun
sistemini zəiflədən digər faktor isə düzgün qidalanmamalarıdır.
Hazırda uşaqlar bağçaya, məktəbə gedir və infeksiyaya yoluxma
halları daha sıx görülməyə başlayıb və kütləvi şəkildə yayılır.
Sözügedən infeksiya əsasən qış və yay aylarında daha aktiv müşahidə
edilir. İndi biraz haşiyədən kənara çıxaraq mart-aprel aylarında
özünü göstərməyə başladı. Bu infeksiyanın müalicəsi vaxtında
müdaxilə olunduqda daha asan və qısamüddətli olur. Valideynlər
uşaqlarda bu simptomları görürsə, hətta temperatur olmasa belə,
həkimə müraciət etməlidir. Yaxşı olardı ki, yaz-yay aylarında
periodik olaraq pediatra müraciət olunsun və yoxlanışdan
keçirilsin”, – deyə o əlavə edib.

Teqlər: