Ərəb Liqasının baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək

Bu gün Ərəb Liqasının baş katibi Ahmed Aboul Gheit Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AzerTimes-a verilən məlumata görə, görüş
zamanı Bakıda mərkəzin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı
Forumuna hazırlıq, toplantıda müzakirə olunacaq mövzular üzrə fikir
mübadiləsi aparılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvətini qəbul edərək IX
Qlobal Bakı Forumunda iştirak edəcək Ahmed Aboul Gheit,
Azərbaycanın dünyada artan əhəmiyyəti, Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında reallaşdırdığı önəmli
layihələr, yaranan qlobal ərzaq təhlükəsizliyi müzakirə edilib.

O cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hal-hazırda
dünyada narahatlıqla izlənilən Ukrayna müharibəsində sülh
prosesinin qurulması istiqamətində atdığı layihələr qeyd
olunub.

Ahmed Aboul Gheite Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın
“Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və
Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldinin “Nizami
Gəncəvi: Şair və Müdrik” kitabları və xüsusi nəşr olan “The Magic
of the Pen Select Miniatures from the Khamsa of Nizami Ganjavi”
kitabı təqdim olunub.

Teqlər: